“Barselona”ya getmək planımız var idi” – Neymarın atası

Neymarın atası oğlunun gələcəyindən danışıb. 33 yaşlı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu təmsil edir.

Komanda.az AS-a istinadən xəbər verir ki, brazilyalı futbolçunun atası hələ heç nə planlaşdırmadıqlarını bildirib:

“Hələ heç nə planlaşdırmamışıq. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. “Barselona”ya getmək planımız var idi.

PSJ-yə gəlincə, deyə bilərəm ki, bu, çılğın fikirdir. Bir anda başa düşdük ki, getməyə dəyər. Eyni şey “Əl-Hilal”da da olur”.

Neymar cari mövsümdə 2 matçda iştirak edib. O, dizindən aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button