“Hələ heç nə həll olunmayıb” – “Sabah”ın baş məşqçisi
“Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar”.
Komanda.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa “Makkabi”sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Böyükhesablı qələbəyə baxmayaraq, o, hələ cütün taleyinin həll olunmadığını bildirib:
“Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. “Makkabi” əla komandadır. Hələ heç nə həll olunmayıb”.
Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır:
“Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də “Makkabi”ni favorit sayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin