“Hələ Frenki de Yonqla bağlı qərar verməmişik”
“Barselona”nın idman direktoru Mateu Alemani yarımmüdafiəçi Frenki de Yonqun gələcəyi haqda danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, hələlik de Yonqla bağlı qərar vermədiklərini bildirib:
“Biz hələ Frenki de Yonqla bağlı qərar verməmişik. O, bizim üçün çox vacibdir. Biz nəyə ehtiyacımız olduğunu bilirik, lakin maliyyə məsələlərində ədalətli oyun prinsiplərini rəhbər tuturuq”.
Daha əvvəl “Mançester Yunayted”in de Yonqla maraqlandığı haqda xəbərlər yayılmışdı.
Niderlandlı yarımmüdafiəçi cari mövsümdə “Barselona”nın heyətində 45 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin