Müller: “Fransa millisini məğlub edəndə xoş olur”
Almaniya yığmasının hücumçusu Tomas Müller yoldaşlıq görüşündə Fransa üzərində qələbəni (2:1) şərh edib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu çətin oyun olduğunu dilə gətirib:
“Biz çox qaçmalı olacağımızı bilirdik. Çətin oyun olacağını hiss edirdik. Fransa elə komandadır ki, bəzən bilərəkdən topu rəqibə verirlər. Erkən qol vurmağımız yaxşı oldu. Görməli çox şeyimiz olduğunu bilirdik. Bu neqativ serial bizim üçün asan olmadı. Həftənin sonunda Hans-Diter Fliklə ayrılmaq bizim üçün gözlənilməz oldu. Rudi Fölleri, Hannes Volf və Sandro Vaqneri də təbrik etməliyik. Fransa millisini məğlub edəndə xoş olur. Amma bu matçdan çox danışmamalıyıq, hələ çox yolumuz var. Bu, emosional azadlığın kiçik bir anı idi”.
Almaniya millisi Fransa yığması üzərində qələbə qazanmaqla 5 oyunluq qalibiyyətsizlik seriyasını qırıb.
Bizi Facebook-da izləyin