DÇ-2022: Hələ çox rəqs edəcəklər

Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatında qol sevinci zamanı rəqs etmələri ilə bağlı açıqlama verib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, komanda yoldaşları ilə birgə rəqsdən vaz keçmək fikrində olmadığını dilə gətirib:

“Rəqs etmək normaldır. Qol vurmaq isə futbolda ən vacib məqamdır. Nəinki biz, Braziliya xalqı da DÇ-2022 zamanı bizimlə birlikdə olmaqdan xoşbəxtdir. Hələ çox rəqs edəcəyik. Bundan vaz geçmək fikrində deyilik”.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button