Huşunu itirib – “Qarabağ”la oyundan sonra
Yunanıstan “Olimpiakos”unun futbolçusu Pape Abu Sissenin həyat yoldaşı dünən “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan sonra xəstəxanaya aparılıb.
Komanda.az “mynews.gr” saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçinin xanımı təzyiqə və atmosferə dözə bilməyərək, huşunu itirib.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra futbolçunun xanımının səhhətinin yaxşı olduğu bildirilib.
“Qarabağ” səfər matçında “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edib. Oyundan sonra seneqallı futbolçu paltardəyişmə otağına gedən zaman tribunadan eşitdiklərinə reaksiya verib və bəzi tərəfdarları yunanca söyüb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin