Hüseynzadə Avroliqa matçına təyinat aldı
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Hapoel” (Beer-Şeva, İsrail) – “Slaviya” (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 22-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 20:55-də start veriləcək.
Qeyd edək ki, AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov isə “Slovan” (Liberets, Çexiya) – “Gent” (Belçika) oyununda eyni funksiyanı yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin