Hüseynovun komandasından yeni mövsümdə ilk qələbə

Bolqarıstan çempionatında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” bu turda evdə “Krumovqrad”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cəlal da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Futbolçumuz 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Yeni mövsümdə ilk qələbəsinə sevinən “Arda” 3 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button