Hüseynovun komandası evdə xal itirdi
Bolqarıstan çempionatında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krumovqrad”la qarşılaşıb. Matç bərabərliklə yekunlaşıb – 1:1.
Cəlal bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Arda” 26 turdan sonra 36 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin