
Hüseynovun komandası Bolqarıstan kubokunda 1/4 finala yüksəldi
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan kubokunda mərhələ adlayıb.
Komanda.az xəbər verir ki, komanda 1/8 finalda “Liteks”lə üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə üstələyən “Arda” 1/4 finala yüksəlib.
Hüseynov bu matça start heyətində başlayıb və sonadək oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin