
Hüseynovlu “Arda”dan mövsümün son matçında qələbə
Bolqarıstan çempionatında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da sonuncu matçına çıxıb.
Sözügedən komanda 36-cı tur çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb. “Arda” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
“Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin