
Hüseynovlu “Arda”dan inamlı qələbə
Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Slaviya” (Sofiya) ilə qarşılaşıb. “Arda” bu görüşdə 3:1 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
“Arda” hazırda 48 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin