
Hüseynovlu “Arda”dan darmadağın
Bolqarıstan çempionatında 12-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Etar”la qarşılaşıb və darmadağına sevinib – 3:0.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Arda” hazırda 22 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin