Hüseynovlu “Arda” yenə evdə uduzdu
Bolqarıstan çempionatında 19-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Plovdiv “Botev”i ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətə üzülüb.
Cəlal da bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.
“Arda” hazırda 28 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin