Hüseynovlu “Arda” “Slaviya”nı xalsız yola saldı
Bolqarıstan çempionatında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Sofiya “Slaviya”sı ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Cəlal da bu matçın iştirakçısı olub və 90 dəqiqə mübarizə aparıb. O, 80-ci dəqiqədə sarı vərəqə də alıb.
“Arda” hazırda 39 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin