
Hüseynovlu “Arda” səfərdən xalsız döndü
Bolqarıstan çempionatında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Hebar”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 83-cü dəqiqədə sarı vərəqə alıb.
“Arda” hazırda 35 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin