Hüseynovlu “Arda” evdə uduzdu
Bolqarıstan çempionatında 21-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 31 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin