Hüseynov oynadı, komandası qələbə qazandı

Azərbaycanın U-21 millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” növbəti matçını keçirib.

Komanda.az xəbər verir ki, onun komandası Bolqarıstan çempionatının 8-ci turunda ÇSKA ilə qarşılaşıb. 

Təxirə salınmış görüşdə “Arda” 2:1 qalib gəlib. Hüseynov matçın 70-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” 12 turdan sonra 18 xalla 6-cı pillədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button