
Huntelar və Kolaşinaç “Şalke”dən ayrıldı
Almaniyanın “Şalke” klubu iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaçdır. Sonuncu müqavilə ilə məxsus olduğu “Arsenal”a qayıdıb.
Hər iki futbolçu bu ilin yanvarında “Şalke”yə keçmişdi. Huntelar daha əvvəl də (2010-2017) Almaniya klubunda çıxış edib. 37 yaşlı Hunteların karyerasını başa vuracağı gözlənilir.
Qeyd edək ki, “Şalke” yeni mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin