Hummels İspaniya nəhəngi ilə müqavilə bağlaya bilər

2023/24 mövsümünün sonunda Dortmund “Borussiya”sından ayrılan müdafiəçi Mats Hummels karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Real” 35 yaşlı almaniyalı futbolçu ilə əməkdaşlıqda maraqlıdır. “Kral klubu” Hummelslə danışıqlarda ləng hərəkət edən “Bolonya”nı qabaqlaya bilər.

Hummels ötən mövsüm Bundesliqada 25 oyun keçirib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button