“Hücumda xüsusi nəsə yarada bilmədik” – Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən. Məğlubiyyəti oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button