DÇ-2022: “Hücumda sürətli olsaq…” – Noyer
Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Yaponiya ilə matçı barədə fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli qapıçı Yaponiya millisini tərifləyib:
“Hücumda sürətli olsaq, Yaponiya milli komandasına çətinlik yarada bilərik. Rəqibin güclü futbolçuları var.
2014-cü ildə turnir başlamazdan öncə çempion olacağımızı düşünmürdüm. Portuqaliya millisi ilə ilk oyun əla alınmışdı”.
Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin