“Hücumda problemlərimiz göz önündədir” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı ki, uduzmadıq. Çünki bu da baş verə bilərdi. Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qürurduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram”.

Oyunun sonuna qədər çatdıra bilmirik. Tam yay toplanışını keçməyən oyunçularımız var. Onları oyunlarla formaya gətirəcəyik. Bilirəm ki, 4-5 futbolçu tam olaraq 90 dəqiqə oynamağa hazır deyil.

Birinci hissə oyunda diqtə edən tərəf idik. İkinci yarıda rəqib üstünlüyü ələ keçirdi, təhlükəli epizodlar da yaratdı. 100 faizli qol imkanları çox deyildi. Üzüldüyüm məqam odur ki, rəqibə qarşılıq biz heç nə edə bilmədik. Ancaq anlayıram. Oyunu tonusda keçirmək üçün fiziki sarıdan yaxşı durumda olmaq lazımdır. Klub prezidentini də başa düşmək olar, xal itirmişik. Amma başlanğıc üçün o qədər də pis nəticə deyil.

Erik Sorqadan qol istəyiriksə, ona epizod yaratmalıyıq. Rəqib meydançasında daim dominantlıq etməlisən. Erik cərimə meydançası daxilində çox yaxşıdır. Bitiriciliyi, qol vurmağı çox yaxşıdır. Məşqlərdə mən şahidiyəm. Üç oyundan sonra Erikdən bunları etmir, hardasa axsayır deyə, üstünə gedəsi də deyiləm. Ona şans da veriləcək. Bəli, bunu doğrultmalıdı, özü də anlayır. Allah qoysa, Erikdən ümid etdiyimizi ala biləcəyik. Hücumda problemlərimiz göz önündədir, üzərində də işləyirik. Komandaya iki vinger gətirmək üçün işlər gedir, danışırıq, axtarırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button