“Hücumda kəskin çıxış etmədik” – “Arsenal”ın futbolçusu
“Arsenal”ın futbolçusu Martin Odeqard İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Mançester Siti” ilə görüşdən sonra (1:3) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, hücumda kəskin çıxış etmədiklərini bildirib:
“Hücumda kəskin çıxış etmədik. Rəqib daha yaxşı idi. Yaxşı oyun göstərdik, lakin daha da yaxşı olmalıydıq. Bu, futboldur. Təkmilləşmək, daha diqqətli olmaq və müdafiədə etibarlı oynamaq lazımdır. Bu, fərdi oyunçulara yox, bütün komandaya aiddir.
Bu gün uduzduq. Bütün fikrimizi növbəti matça yönəldirik. Qarşıdakı oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq”.
“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 51 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala sahib olan və bir oyun artıq keçirən MS isə Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Facebook-da izləyin