
Hücum xəttinə bir futbolçu transfer etmək istəyərdik, amma… – Müsahibə

Qış transfer dövründə Azərbaycanın Premyer Liqa klubları heyətlərini gücləndirməyə, futbolçu axtarışlarına davam edir. “Qəbələ” klubu isə bu baxımdan zəif təsir bağışlayır. Turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan əyalət təmsilçisi bu günədək cəmi bir transfer edib.
Tranfer məsələləriylə bağlı klubun meneceri Səbuhi Səfiyarlının fikirlərini öyrəndik:
– “Qəbələ” qış transfer dövründə cəmi bir transfer edib. O da qapıçı Anar Nəzirovdur. Futbolçu axtarışları davam edir?
– Hücum xəttinə bir futbolçu transfer etmək istəyərdik, amma hələ ki, konkret namizəd yoxdur. Baş məşqçinin bəyənəcəyi futbolçu olsa, transfer mümkündür.
– Komandadan gedəcək futbolçuların sayı və kimliyi bəllidir?
– Komandadan kiminsə getməsi planlaşdırılmır.
– Baş məşqçi Sənan Qurbanov istədiyi futbolçuların siyahısını müəyyənləşdirib? Hansı mövqelərə transfer ediləcək?
– Hansısa transfer siyahısı yoxdur. Əsasən, hücum xəttinə transfer planlaşdırılır. Uyğun futbolçu olsa, bu mövqeyə transfer ediləcək.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin