“Mançester Yunayted”ə qoşulmazdan əvvəl bu adamı heç kim tanımırdı”
“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York komandanın forvardı Rasmus Hoylundun debüt mövsümü ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu, danimarkalı forvardın potensialı olduğunu bildirib:
“Mançester Yunayted”ə qoşulmazdan əvvəl bu adamı heç kim tanımırdı. Mən onun haqqında ümumiyyətlə, eşitməmişdim. Mövsüm başa çatdıqdan sonra deyə bilərəm ki, o, yaxşı çıxış etdi. Bu, onun üçün ciddi sınaqdır. Hoylund ən başlanğıcda problemlər yaşadı, lakin sonra irəliləməyə başladı. Mən onun performansını 10 üzərindən 5-6 balla qiymətləndirərdim. Onun potensialı var”.
Hoylund ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin