
Hoylund “Qarabağ”ın rəqibi üçün tibbi müayinədən keçəcək
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Napoli”yə transfer olunmazdan əvvəl tibbi müayinədən keçmək üçün Romaya gedib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu tibbi müayinədən uğurlu keçərsə, icarə əsasında Neapol klubuna transfer olunacaq. Müqavilədə forvardın 44 milyon avroya alınması variantı yer alacaq.
Daha əvvəl “Napoli”nin Hoylundun keçidi üçün 6 milyon avro ödəyəcəyi ilə bağlı məlumatlar yayılıb.
22 yaşlı hücumçu 2023-cü ildən “Mançester Yunayted”də çıxış edir. O, bu vaxt ərzində 95 matç keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



