Hoylund İtaliya klubuna keçməyə razılıq verib

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund “Milan”la danışıqları davam etdirir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, əvvəllər İngiltərə klubundan ayrılmaq istəməyən danimarkalı forvard baş məşqçi Ruben Amorimin ona güvənməməsi səbəbindən transferə daha isti yanaşır.

22 yaşlı futbolçunun ailəsi, o cümlədən atası, “qırmızı-qaralar”ın rəhbərliyinə təklifin ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.

Hoylund “Milan”ı tarixi uğurları ilə dünyanın ən böyük klublarından biri kimi dəyərləndirir və baş məşqçi Massimiliano Alleqri ilə işləmək perspektivi onu cəlb edir.

“Milan” Hoylundu 5 milyon avroya icarəyə götürüb, sonradan 40–45 milyon avroya almaq variantını nəzərdən keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button