Keçmiş futbolçudan “Mançester Yunayted”in hücumçusunu ələ salan açıqlama
“Mançester Yunayted”in sabiq hücumçusu Duayt York “qırmızı şeytanlar”ın forvardı Rasmus Hoylund haqda fikirlərini bölüşüb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, trinidad və tabaqolu keçmiş futbolçu, Hoylundun hücumçuya aid keyfiyyətlərdən məhrum olduğunu bildirib:
“Rasmusun bir mövsümdə 20 qol vuran hücumçuya çevrilməsi çətin olacaq. Düşünürəm ki, o, heç vaxt buna nail ola bilməyəcək. Hoylund hücumçuya aid keyfiyyətlərdən məhrumdur”.
Hoylund İngiltərə çempionatının ötən mövsümündə 30 oyun keçirib. Danimarkalı forvard bu matçlarda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin