Baş məşqçi “qumarbaz” futbolçu haqda: “İnsanlar ona təzyiq göstərməməlidir”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın yarımmüdafiəçisi Sandro Tonali haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, italiyalı futbolçunun kifayət qədər əziyyət çəkdiyini bildirb:

“Sandro Tonali həqiqətən kifayət qədər əziyyət çəkdi. İngiltərəyə köçəndə də bu xəstəlik keçmədi… İnsanlar da buna belə baxmalı, ona təzyiq göstərməməli və daha da çox cəzalandırmamalıdır. Çünki məncə, bütün problemin kökündə bu, öz əksini tapmır”.

İngiltərə Futbol Assosiasiyası yarımmüdafiəçini mərc qaydalarını pozmaqda ittiham etmişdi.

Oktyabrda italiyalı futbolçu qanunsuz mərc oynadığı üçün 10 aylıq cəzalandırılmışdı. Tonali indi İngiltərə Premyer Liqasında mövsümün qalan hissəsini, eləcə də AÇ-2024-ü buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button