Erməni baş məşqçi ilə dalaşan futbolçu klubdan ayrılıb
“Monpelye”nin müdafiəçisi Mamadu Sako komandanın baş məşqçisi Mişel Ter-Zakaryanla münaqişədən sonra klubdan getdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Hörmət olmadıqda ayrılmağı bacarmalısan. Keçən həftə baş verən və heç bir məsuliyyət daşımadığım bir hadisə ilə əlaqədar bu gün “Monpelye” ilə əlaqəmi dayandırmaq qərarına gəldim. Bu komandada iki il keçirdim, burada məmnuniyyətlə vaxt keçirdim və təcrübəmi bölüşdüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Klubda olduğum müddətdə mənə münasibətinə görə idman direktoruna xüsusi təşəkkürümü bildirirəm. Kişi kimi tanış olduq, kişi kimi ayrıldıq”.
Ötən həftə mətbuatda futbolçunun ona “ağlayan” dediyi iddia edilən erməni mütəxəssisin iradlarından narazı qaldığı üçün paltardəyişmə otağında baş məşqçiyə hücum etdiyi bidirilir.
Bizi Facebook-da izləyin