“Onlara hörmət edirəm, amma qorxmuram” – Lukaku

“İnter”in hücumçusu Romelu Lukaku Milan təmsilçisinin çempionluq şanslarını dəyərləndirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu İtaliya A Seriyasının 16-cı turu çərçivəsində keçiriləcək “İnter” – “Napoli” matçından əvvəl bunları deyib:

“Komandalardan biri kuboku qaldırana qədər hər şey etmək mümkündür. Biz futbol oynayırıq – qeyri-mümkünə inanmaq lazımdır. Mövsümün sonunda özümüzü kubok qaldıran, çempion olan komanda kimi görürük. Hazırda yarış davam edir”.

Lukaku “Napoli”nin baş məşqçisi Luçano Spalettini güclü məşqçi adlandırıb:

Luçano Spaletti? O, həqiqətən, güclüdür. Komandada əla iş görür. “Napoli”nin güclü futbolçuları var. Bir neçə oyunlarını izləmişəm. Əla mövsüm keçirirlər. Birinci yerdədirlər. Onlara hörmət edirəm, amma qorxmuram”.

“İnter” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 30 xalla beşinci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button