Bir paylaşıma 875 min avro!
“HopperHq.com” saytı “instagram”da ən çox qazanan futbolçuların adlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, 2019-cu ildə ən çox qazanan futbolçu “Yuventus”lu Kriştiano Ronaldo olub. 172 milyondan çox izləyicisi olan portuqaliyalı hücumçu, “instagram” paylaşımlarından ən çox gəlir əldə edən oyunçu olub. Ronaldo, bir reklam paylaşımından 875 min avro qazanır.
İkinci sırada isə PSJ-nin oyunçusu Neymardır. Braziliyalı hücumçu bir reklam paylaşımından 648 min avro gəlir əldə edir.
Üçüncü yerdə “Barselona”lı Lionel Messi qərarlaşıb. Argentinalı futbolçunun bir reklam postundan qazancı 581 min avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin