Honda Braziliya klubundan ayrıldı

Futbol üzrə Yaponiya yığmasının sabiq yarımmüdafiəçisi Keysuke Honda Braziliyanın “Botafoqo” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, tərəflər arasındakı müqavilənin müddəti başa çatıb.

Klub 34 yaşlı futbolçunu saxlamaqda maraqlı olmayıb. Honda “Botafoqo”dan ayrılması ilə bağlı sosial şəbəkə hesabında açıqlama da yayıb. O, komandaya faydalı ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib:

“Kluba daha yaxşı nəticələr qazandıra bilmədiyim üçün tənqidləri qəbul edirəm. Sizi məyus etdiyim üçün üzr istəyirəm”.

Qeyd edək ki, Honda “Botafoqo”da bu ilin yanvarından forma geyinirdi. O, bu komandada 27 oyuna çıxıb, 3 qol vurub. 2014-2017-ci illər aralığında “Milan”da çıxış etmiş təcrübəli futbolçu, sonralar “Paçuka”, “Melburn Viktoriya” və “Vitess”in də uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button