Rusiya millisinin sabiq baş məşqçisi istefa verdi

Hollandiyanın “Vitess” klubunun rusiyalı baş məşqçisi Leonid Slutski istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssis özü açıqlama verib. Slutski Hollandiya Erediviziyasının 15-ci turunda “Herenven”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra bu qərarını açıqlayıb.

Rusiya milllisinin və ÇSKA-nın sabiq çalışdırıcısı olan Slutski, 2018-ci ilin iyulundan “Vitess”ə rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button