Hollandiyanın superi – “Ayaks”!
Futbol üzrə Hollandiya super kubokunun yeni sahibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici “Ayaks”la PSV üz-üzə gəlib.
“Ayaks” geridə qalan mövsümdə həm ölkə çempionatının, həm də kubokun qalibi olduğundan, rəqibi gümüş medalların sahibi PSV olub.
Amsterdamdakı “Yohan Kroyff Arena”da baş tutan qarşılaşma paytaxt təmsilçisinin qələbəsiylə başa çatıb. Hər hissədə bir qol vuran “Ayaks” inamlı qələbə sayəsində super kubokun da qalibi olub – 2:0.
Bu, Amsterdam təmsilçisinin tarixində 9-cu belə uğurdu. Super kuboku ən çox qazanan kollektiv isə bu dəfə məğlubiyyətə üzülən PSV-di – 11 dəfə.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin