Rəsmi: “Feyenoord” yeni baş məşqçisini açıqladı
Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Erediviziya təmsilçisinin “sükan”ı Dik Advokata tapşırılıb. Bu barədə “Feyenoord”un rəsmi saytı məlumat yayıb. 72 yaşlı mütəxəssislə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
“Feyenoord”da bir müddət əvvəl baş məşqçi Yap Stam istefa vermişdi.
Məşqçi karyerası ərzində PSV, “Zenit”, “Fənərbaxça”, Münhenqladbax “Borussiya”sı kimi klublarda çalışan Advokat, Serbiya, Rusiya, Hollandiya, Belçika millilərinə də rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin