“Hollandiyada qalib gəlmək möhtəşəm başlanğıcdır” – Löv
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Hollandiyaya 3:2 hesabı ilə qalib gələn Almaniya millisinin baş məşqçisi Yoahim Löv, matçdan sonra açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, qələbəyə görə xoşbəxt olduğunu deyib:
“Komandanın qazanacağımıza inanması xoşuma gəldi. Hollandiyada qalib gəlmək möhtəşəm başlanğıcdır. Buna baxmayaraq, müdafiə üzərində daha çox işləməyimizin lazım olduğunu gördüm. İlk hissədə çox yaxşı oynadıq, oyuna tamamilə nəzarət etdik. Fasilədə, UEFA Millətlər Liqası oyununun gedişində 2:0 hesabı ilə irəli keçdiyimiz və 2:2 hesabıyla başa çatan Hollandiya ilə matçı futbolçulara xatırlatdım. Amma yenə də eyni vəziyyətə düşdük”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin