Van Qal da getdi…
Hollandiyalı mütəxəssis Lui van Qal məşqçilik karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə o, İspaniyanın “As” nəşrinə açıqlamasında deyib:
“Məşqçilik karyeramı bitirməyə qərar vermişəm. 22 il əvvəl həyat yoldaşım mənimlə birlikdə olmaq üçün işindən ayrılmışdı. Ona karyeramı 55 yaşımda bitirəcəyimi demişdim, ancaq artıq 67 yaşım var. Bir az onunla vaxt keçirməliyəm”.
Məşqçilik karyerası ərzində “Ayaks”, “Barselona”, “Bavariya” kimi klublarda çalışan van Qalın son iş yeri “Mançester Yunayted” olub. Van Qal “Ayaks”ı çalışdırdığı dönəmdə, 1994/95 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Van Qal 2012-2014-cü illər aralığında Hollandiya millisinə rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin