
Millinin keçmiş baş məşqçisi vəfat edib
Niderland millisinin keçmiş baş məşqçisi vəfat edib.
Komanda.az PSV-nin rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin sabiq baş məşqçisi Kes Reuvers 98 yaşında vəfat edib.
Reuvers 1981-1984-cü illərdə Niderland millisinin kapitanı olub.
O, 3 dəfə Niderland çempionu, 2 dəfə ölkə kuboku və 1 dəfə UEFA Kubokunun qalibi olduğu “Tvente” və PSV komandalarını da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin