“Hollandiya futbolunun nə olduğunu bütün dünyaya göstərdik”
“Ayaks”ın futbolçusu Hakim Ziyeç, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a 4:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, bu qələbənin böyük uğur olduğunu bildirib:
“İlk epizodumuzda qol vurduq və bundan sonra “Real”ın xaosa düşəcəyini bilirdik. İlk qolu vuraraq, onları təzyiq altında saxladıq, amma heç nəyin bitmədiyini bilirdik. Fasiləyə 3:0 öndə gedə bilərdik. Nə qədər yaxşı oynaya biləcəyimizi bilirik. Bu gün də yaxşı oynadıq, amma bu, bizim ən yaxşı vəziyyətimiz deyil.
Bu həm bizim, həm də Hollandiya futbolu üçün böyük uğurdur. Hollandiya futbolunun nə olduğunu bütün dünyaya göstərdik. Mən isə hazırda karyeramın zirvəsindəyəm”.
Çempionlar Liqasının növbəti mərhələsi haqqında danışan yarımmüdafiəçi, “Hər şey mümkündür, 1/4 final mərhələsində qarşılaşmaq istədiyimiz rəqib yoxdur” deyib.
Bizi Facebook-da izləyin