İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın
AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, üçüncü oyun günündə 8 qarşılaşma keçirilib. İspaniya millisi Maltanı, İtaliya isə Lixtenşteyni sınağa çəkib. İspanlar səfərdə inamlı qələbəyə, italyanlar isə doğma meydanda darmadağına seviniblər.
Günün maraqla gözlənilən qarşlaşmasında İsveçrə doğma azarkeşləri qarşısında Danimarka millisini qəbul edib. İsveçrə AÇ-2020-nin seçmə mərhələsinin ilk matçında Gürcüstanı 2:0 hesabıyla məğlub edib, Danimarka isə ilk oyununa bu gün çıxıb. Altı qolun qeydə alındığı bu qarşılaşmada isveçrəlilər qələbəni sensasion şəkildə əldən veriblər. Elə Norveç – İsveç matçında da dramatik nəticə qeydə alınıb.
Martın 25-də 7 qarşılaşma baş tutub. UEFA Millətlər Liqasında Azərbaycanla bir qrupda mübarizə aparan və qrupu lider olaraq tamamlayan Kosovo millisi doğma azarkeşləri önündə Bolqarıstanı qəbul edib. Qarşılaşma heç-heçə başa çatıb.
AÇ-2020-yə Ukrayna ilə heç-heçə etməklə başlayan son Avropa çempionu Portuqaliya millisi Serbiyanı sınağa çəkib. Bu görüşdə də qalib müəyyənləşməyib. Fransa İslandiyanı, Türkiyə isə Moldovanı qəbul edib. Hər iki oyunda meydan sahibləri 4 cavabsız qolla qalib gəliblər.
Martın 24-də də bir neçə oyun keçirilib. Azərbaycan millisinin də yer aldığı E qrupunda 2 qarşılaşma oynanılıb. Uels Slovakiya, Xorvatiya isə Macarıstanla üz-üzə gəlib. Uelslilər minimal hesabla qalib gəliblərsə, xorvatlar hesabı açdıqları oyundan məğlubiyyətlə ayrılıblar. Azərbaycan millisi qrupdakı ilk oyununda səfərdə məhz Xorvatiyaya 1:2 hesabıyla məğlub olmuşdu.
İ qrupunda Rusiya Qazaxıstanın qonağı olub. Şimal qonşularımız bu görüşdə 4 cavabsız qola seviniblər.
Belçika millisi isə Kipr səfərinə yollanıb və inamlı qələbə qazanıb.
Günün maraqla gözlənilən qarşılaşmasında Hollandiya Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu qarşılaşma almanların çətin qələbəsiylə başa çatıb.
AÇ-2020-nin seçmə mərhələsi, 2-ci tur
26 mart
J qrupu
Ermənistan – Finlandiya 0:2
Qol: Yensen, 14. Soiri, 78.
Bosniya və Herseqovia – Yunanıstan 2:2
Qol: Vişça, 10. Pyaniç, 15 – Fortunis, 64-pen. Kolovos, 85.
İtaliya – Lixtenşteyn 6:0
Qol: Sensi, 17. Verratti, 32. Kvalyarella, 35-pen; 45-pen. Ken, 70. Pavoletti, 76.
D qrupu
İrlandiya – Gürcüstan 1:0
Qol: Huriheyn, 36.
İsveçrə – Danimarka 3:3
Qol: Freuler, 19. Caka, 66. Embolo, 76 – Yorgensen, 84. Qyutqyer, 88. Dalsqaard, 90+3.
F qrupu
Rumıniya – Farer adaları 4:1
Qol: Dyak, 26. Keseru, 29; 33. Puşkas, 63 – Davidsen, 40-pen.
Norveç – İsveç 3:3
Qol: Yonsen, 41. Kinq, 59. Kamara, 90 – Klaesson, 70. Kayson, 86; 90.
Malta – İspaniya 0:2
Qol: Morata, 31; 73.
25 mart
A qrupu
Monteneqro – İngiltərə 1:5
Qol: Vesoviç, 17 – Kin, 30. Barkli, 39; 59. Keyn, 71. Sterlinq, 81.
Kosovo – Bolqarıstan 1:1
Qol: Zeneli, 61 – Bojikov, 39.
B qrupu
Portuqaliya – Serbiya 1:1
Qol: Danilo, 42 – Tadiç, 7.
Lüksemburq – Ukrayna 1:2
Qol: Turpel, 34 – Çiqankov, 40. J.Rodriqes, 90-öz qapısına.
H qrupu
Türkiyə – Moldova 4:0
Qol: H.A.Kaldırım, 24. C.Tosun, 26; 53. K.Ayhan, 70.
Fransa – İslandiya 4:0
Qol: Umtiti, 12. Jiru, 68. Mbappe, 78. Qrizmann, 84.
Andorra – Albaniya 0:3
Qol: Sadiku, 21. Balay, 87. Abraşi, 90.
24 mart
İ qrupu
Qazaxıstan – Rusiya 0:4
Qol: Çerışev, 19; 45. Dzyuba, 52. Beysebekov, 62-öz qapısına.
San-Marino – Şotlandiya 0:2
Qol: Maklin, 4. Rassel, 74.
Kipr – Belçika 0:2
Qol: Hazard, 10. Batşuayi, 18.
E qrupu
Uels – Slovakiya 1:0
Qol: Ceyms, 5.
Macarıstan – Xorvatiya 2:1
Qol: Salai, 34. Patkai, 76 – Rebiç, 13.
G qrupu
İsrail – Avstriya 4:2
Qol: Zahavi, 34; 45; 55. Dabbur, 66 – Arnautoviç, 8; 75.
Sloveniya – Makedoniya 1:1
Qol: Zayç, 34 – Bardi, 47.
Polşa – Latviya 2:0
Qol: Levandovski, 76. Qlik, 84.
C qrupu
Şimali İrlandiya – Belarus 2:1
Qol: Evans, 30. Magennis, 87 – Staseviç, 33.
Hollandiya – Almaniya 2:3
Qol: De Liqt, 48. Depay, 63 – Sane, 15. Qnabri, 34. Şults, 90.
Bombardir: Eran Zahavi (İsrail), Rahim Sterlinq (İngiltərə) – 4 qol.
Bizi Facebook-da izləyin