Fransa hökumətindən idman yarışları ilə bağlı yeni qərarlar

Fransa hökuməti koronavirus səbəbiylə ölkədə dayandırılan idman yarışları ilə bağlı yeni qərarlar qəbul edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, yeni qərarlara görə, iyulun 11-dən bütün təhlükəsizlik qaydalarına riayət etməklə, kollektiv idman növlərinin keçirilməsinə icazə veriləcək. Amma fərdi idman növlərindəki qadağa davam edəcək. Bundan başqa, bu mərhələdə stadionlara 5 min nəfərə qədər azarkeşin daxil olmasına da icazə veriləcək. Növbəti mərhələlərdə vəziyyətə uyğun olaraq bu say artırılacaq.

Koronavirus səbəbiylə dayandırılan Fransa Liqa 1-i erkən başa çatdırılmış və PSJ cari mövsümün çempionu elan edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button