Hokkey üzrə dünya çempionatının keçiriləcəyi ölkə məlum olub
2027-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə məlum olub.
Komanda.az Beynəlxalq Hokkey Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış Almaniyada keçiriləcək.
Qərar federasiyanın illik konqresində qəbul olunub.
Yeri gəlmişkən, Qazaxıstan da namizədlər sırasında idi.
Almaniya sonuncu dəfə 2017-ci ildə Fransa ilə birlikdə turnirə ev sahibliyi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin