“Hiss etdik və başa düşdük ki…” – Sterlinq
“Çelsi”nin hücumçusu Rahim Sterlinq UEFA Çempionlar Liqasının 1/8 finalının “Borussiya” (Dortmund) ilə oyununu (2:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandalarının hər şeyə qadir olduğunu vurğulayıb:
“Əla oyun oldu. Son vaxtlar bəxtimiz gətirməsə də, bu gün hiss etdik və başa düşdük ki, komandamız hər şeyə qadirdir”.
İki oyunun nəticəsinə əsasən, “zadəganlar” Dortmund təmsilçisini 2:1 hesabı ilə məğlub edib və 1/4 finala adını yazdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin