Hindistanlı yoqa təlimçisini DÇ-2022-yə aparırlar
48 yaşlı yoqa təlimçisi və sağlamlıq üzrə məşqçi Vinay Menon Belçika millisinin heyətində DÇ-2022-də iştirak edəcək.
Komanda.az “Voetbal İnternational”-a istinadən xəbər verir ki, Menon futbol dünyasında yeni sima deyil. O, əvvəllər “Çelsi”nin keçmiş futbolçuları Eden Hazard, Tibo Kurtua, Romelu Lukaku və Mişi Batşuayi ilə çalışıb.
DÇ-2022 ərəfəsində Belçika 15 noyabrda İraqla, 18 noyabrda isə Misirlə yoldaşlıq oyunu keçirəcək.
Belçika millisi DÇ-2022-nin F qrupunda Xorvatiya, Mərakeş və Kanada ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin