
Hindistan klubu ÇL-dən qovuldu
Hindistanın “Mohun Baqan” klubu Asiya Çempionlar Liqasının 2-ci Divizionundan qovulub.
Komanda.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Buna “Mohun Baqan”ın Çempionlar Liqasının 2-ci turunun “Traktor”la səfər oyunu üçün Təbrizə gəlməməsi səbəb olub.
Sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.
“Mohun Baqan” altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin