Ata oğul haqda: “Daha çox məşq etməlidir”
“Tottenhem”in hücumçusu Son Hın Minin atası oğlunun oyunundan gözləntilərini bölüşüb.
Komanda.az CGTN-ə istinadən xəbər verir ki, hücumçunun atası oğlunun kifayət qədər yaxşı olmadığını düşünür:
“O, daha çox məşq etməli və daha çox irəliləməlidir. İndi əldə etdikləri ilə kifayətlənsə, böhran uzaqda deyil. Yaxşı formada qalmaq üçün yuxu rejimi olmalıdır. Daha yaxşı olmağa çalışmalıdır, elə deyilmi?”
Son Premyer Liqada son mövsümün bombardirlərindən biri olub. Cənubi koreyalı futbolçu 35 matçda 23 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin