Hidayət Heydərov: “Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm”

Azərbaycanın olimpiya, dünya və Avropa çempionu olan cüdoçusu Hidayət Heydərov tezliklə sağalıb tatamiyə daha güclü qayıdacağı anı səbirsizliklə gözləyir.

Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı idmançı şəxsi “instaqram” hesabında yazıb. O, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyini xatırladıb:

“Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.

Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma həmçinin, qarışıq komanda yarışında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button