
Hidayət Heydərov İslamiadada finala vəsiqə qazanıb
Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi oyunlarında finala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, o, yarımfinalda Tacikistan təmsilçisi Abubakr Şerova ipponla qalib gəlib.
Bu nəticə ilə Heydərov ən azı gümüş medalı təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



